Azərbaycanın Türkiyədən kimyəvi maddə idxalı cüzi azalıb

Biznes
  • 09 aprel, 2022
  • 13:41
Azərbaycanın Türkiyədən kimyəvi maddə idxalı cüzi azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 104,388 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları idxal edib.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.

Təkcə bu ilin mart ayında isə Türkiyə Azərbaycana 37,555 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 14,9 % çoxdur.

Bu ilin ilk 3 ayında Türkiyənin ümumi kimyəvi maddələr və məhsulların ixracının dəyəri illik müqayisədə 41,5 % artaraq 7,511 milyard ABŞ dollara, mart ayında isə kimyəvi maddələr və məhsulların ixracının dəyəri 49,6 % artaraq 2,983 milyard ABŞ dollarına çatıb.

44 filmi