Azərbaycanın Türkiyədən elektrik və elektronika məhsulların idxalı üçün xərcləri 47 % artıb

Biznes
  • 09 aprel, 2022
  • 13:28
Azərbaycanın Türkiyədən elektrik və elektronika məhsulların idxalı üçün xərcləri 47 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 49,984 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,8 % çoxdur.

Təkcə bu ilin mart ayında isə Türkiyə Azərbaycana 15,411 milyon ABŞ dollarlıq elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 9,6 % çoxdur.

Bu ilin ilk 3 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 9,8 % artaraq 3,528 milyard ABŞ dollara, mart ayında isə elektrik və elektronika məhsulları ixracının dəyəri 9,2 % artaraq 1,370 milyard ABŞ dollarına çatıb.