Azərbaycanın Türkiyədən dəri məhsullarının idxalı üzrə xərcləri 88 % artıb

Biznes
  • 09 aprel, 2022
  • 13:35
Azərbaycanın Türkiyədən dəri məhsullarının idxalı üzrə xərcləri 88 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 5,588 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında deyilir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,7 % çoxdur.

Təkcə bu ilin mart ayında isə Türkiyə Azərbaycana 2,234 milyon ABŞ dollarlıq dəri və dəri məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 66 % çoxdur.

Bu ilin ilk 3 ayında Türkiyənin ümumi dəri və dəri məhsulları ixracının dəyəri illik müqayisədə 27 % artaraq 502,96 milyon ABŞ dollara, mart ayında isə dəri və dəri məhsulları ixracının dəyəri 22 % artaraq 192 milyon ABŞ dollara çatıb.