Azərbaycanın Türkiyədən dəri idxalına çəkdiyi xərci 24 %-dən çox azalıb

Biznes
  • 09 avqust, 2025
  • 17:52
Azərbaycanın Türkiyədən dəri idxalına çəkdiyi xərci 24 %-dən çox azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 7,183 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,1 % azdır.

Təkcə iyulda Türkiyə Azərbaycana 755 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 19,5 % çoxdur.

7 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,2 % azalaraq 849,516 milyon ABŞ dollarına, təkcə iyul ayında isə 4,2 % azalaraq 132,770 milyon ABŞ dollarına düşüb.

44 filmi