Azərbaycanın tikinti şirkətinin xalis mənfəəti 37 % artıb
- 27 noyabr, 2024
- 06:44
Azərbaycanın tikinti fəaliyyəti ilə məşğul olan “Encotec” QSC 2023-cü ili 5,189 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 36,8 % çoxdur.
Ötən il “Encotec”in vergiyəqədərki mənfəəti 6,49 milyon manat (əvvəlki ilə nisbətən 36,9 % çox), mənfəət vergisi ödəmələri isə 1,301 milyon manat (37,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Encotec”in aktivləri 14,743 milyon manat olub ki, bu da illik müqayisədə 60,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,5 dəfə artaraq 6,54 milyon manata, balans kapitalı isə 12 % artaraq 8,203 milyon manata çatıb.
Xatırladaq ki, “Encotec” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı isə 2 min manatdır. Şirkət "Təmiz Şəhər" ASC və "AzerGold" QSC ilə bir sıra layihələrdə tərəfdaş olub.