Azərbaycanın tikinti materialları satıcısının xalis mənfəəti 1 %-ə yaxın artıb

Biznes
  • 03 iyul, 2025
  • 17:22
Azərbaycanın tikinti materialları satıcısının xalis mənfəəti 1 %-ə yaxın artıb

“Konstromat” ASC 2024-cü ili 4,409 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,8 % çoxdur.

Ötən il “Konstromat”ın vergiyəqədərki mənfəəti 5,511 milyon manat (əvvəlki ilə nisbətən 0,8 % çox), mənfəət vergisi ödəmələri isə 1,102 milyon manat (0,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Konstromat”ın aktivləri 7,617 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 35,2 % artaraq 3,013 milyon manat, balans kapitalı isə 10,5 % azalaraq 4,603 milyon manat, o cümlədən nizamnamə kapitalı 50 dəfə artaraq 200 min manat olub.

Xatırladaq ki, “Konstromat” 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun səhmdarı 100 % Rasim Əkbərovdur. Şirkət tikinti materiallarının topdan satışı ilə məğuldur.