Azərbaycanın supermarketlər şəbəkəsinin yığılmış zərəri 180 milyon manatdır
- 01 iyul, 2022
- 13:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC 2021-ci ili 65,006 milyon manat zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 38,5 % çoxdur.
Kommersiya qurumunun yığılmış zərəri isə 28,5 % artaraq 179,094 milyon manata çatıb.
Ötən il “Bravo”nun satışdan gəlirləri 572,69 milyon manat (əvvəlki ilə nisbətən 11,7 % çox), satışının maya dəyəri 464,822 milyon manat (10 % çox), ümumi və inzibati xərcləri 130,432 milyon manat (19,5% çox), maliyyə xərcləri 41,456 milyon manat (46,4% çox), digər xərcləri isə 986 min manat (əvvəlki il gəlir olub) təşkil edib.
Bu il yanvarın 1-nə “Bravo”nun aktivləri 533,602 milyon manat olub ki, bu da, illik müqayisədə 14,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 34,3% azalaraq 509,807 milyon manata, balans kapitalı isə 3,6 dəfə azalaraq 23,795 milyon manata düşüb.
Xatırladaq ki, "Azərbaycan Supermarket" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin təsisçiləri "Fly Group" (50%), "İdeal Biznes Ko" (25%) və “Yevro Standard” (25%) MMC-lərdir.