Azərbaycanın sement istehsalçısının xalis mənfəəti 12 % azalıb
- 23 dekabr, 2021
- 06:31
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neqsol Holdinq” MMC-yə məxsus “Norm” ASC ötən ili 26,614 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 11,5% azdır.
Ötən il “Norm”un vergiyəqədərki mənfəəti 34,776 milyon manat (10,75% az), mənfəət vergisi ödəmələri isə 8,162 milyon manat (8,1% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Norm”un aktivləri 269,131 mln manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,8% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 37,8% azalaraq 48,904 milyon manata düşüb, balans kapitalı isə 4,8% artaraq 220,227 milyon manata çatıb.
Xatırladaq ki, “Norm” 2006-cı ildə yaradılıb, ölkənin aparıcı sement istehsalçılarından biridir. Onun nizamnamə kapitalı 161,962 milyon manatdır.