Azərbaycanın quşçuluq müəssisəsinin səhmləri 2 dəfə bahalaşıb

Azərbaycanın quşçuluq müəssisəsinin səhmləri 2 dəfə bahalaşıb Bu barədə Bakı Fond Birjası məlumat yayıb
Biznes
29 Dekabr , 2016 13:21
Azərbaycanın quşçuluq müəssisəsinin səhmləri 2 dəfə bahalaşıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) "Masallı-Quşçuluq" ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 1 192 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızların nominal dəyəri 1 manat olsa da, onlar 2 dəfə baha - 2 manata alınıb-satılıb.

Xatırladaq ki, "Masallı-Quşçuluq" ASC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 111 338 manatdır.

Son xəbərlər

Orphus sistemi