Azərbaycanın polad istehsalçısının xalis mənfəəti 3 dəfədən çox azalıb

Biznes
  • 23 aprel, 2024
  • 05:56
Azərbaycanın polad istehsalçısının xalis mənfəəti 3 dəfədən çox azalıb

“El Metal Plus” QSC 2023-cü ili 1,055 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,3 dəfə azdır.

Ötən il “El Metal Plus”ın vergiyəqədərki mənfəəti 1,172 milyon manat (əvvəlki ilə nisbətən 3,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 117 min manat (3,3 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “El Metal Plus”ın aktivləri 21,829 milyon manat olub ki, bu da illik müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19,9 % artaraq 13,623 milyon manata, balans kapitalı isə 11,9% artaraq 8,206 milyon manata çatıb.

Xatırladaq ki, “El Metal Plus” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,972 milyon manatdır. “EL Holdinq” şirkətlər qrupuna daxil olan şirkət metal qırıntılarından polad istehsal edir, yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu hazırlayır.

44 filmi