Azərbaycanın pambıq mahlıcı ixracından gəliri 42 % azalıb

Biznes
  • 30 sentyabr, 2023
  • 07:18
Azərbaycanın pambıq mahlıcı ixracından gəliri 42 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 83,4 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin 8 ayı müqayisədə 60 milyon ABŞ dolları və yaxud 41,8 % azdır.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çox - 2,2 milyard ABŞ dolları təşkil edib.