Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir

Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir Missiyaya 20 şirkət daxildir
Biznes
26 Sentyabr , 2017 12:42
Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi oktyabrın 1-4-də Macarıstana növbəti ixrac missiyası təşkil edəcək.

“Report” nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.

Paytaxt Budapeştə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

Son xəbərlər

Orphus sistemi