Azərbaycanın növbəti ixrac missiyası Almaniyaya gedib

Azərbaycanın növbəti ixrac missiyası Almaniyaya gedib Bakı. 27 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyası Almaniyanın Berlin şəhərinə ixrac missiyası təşkil olunub.
Biznes
27 Noyabr , 2018 10:29
Azərbaycanın növbəti ixrac missiyası Almaniyaya gedib
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyası Almaniyanın Berlin şəhərinə ixrac missiyası təşkil olunub.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, ixrac missiyasına qida məhsulları, tekstil və mebel sənayesi sahəsində faəliyyət göstərən Azərbaycanın 28 şirkəti daxildir.

Missiya çərçivəsində Azərbaycan və alman iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.

İxrac missiyası 27-30 noyabr tarixlərini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi