Azərbaycanın metanol ixracından qazancı 15 %-ə yaxın artıb

Biznes
  • 01 noyabr, 2024
  • 06:21
Azərbaycanın metanol ixracından qazancı 15 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 75 milyon 300 min ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında bildirilir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 89,9 milyon ABŞ dolları məbləğində metanol ixrac edib.

44 filmi