Azərbaycanın metal məmulatları istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək
- 03 may, 2023
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 19-da, saat 10:00-da “AzeSteelCompany” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102 ünvanında ("Citypoint" iş mərkəzi) olacaq.
Yığıncağın gündəliyinə şirkətin səhm və istiqraz buraxması, maliyyə hesabatlarının təsdiq edilməsi, korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi, nizamnaməsinin yeni redaksiyasının təsdiq olunması və digər məsələlər daxildir.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, 2022-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır. Şirkətin səhmlərinin 73%-i Cəmaləddin İsmayılova, 7%-i Kənan Ağayevə, 10%-i Ömər Hüseynova, 10%-i isə "Azfinance İnvestisiya Şirkəti" QSC-yə məxsusdur. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur.