Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub

Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub Azərbaycanın biznes imkanları və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərin bərpası Avstriyada təqdim olunub.
Biznes
30 May , 2024 15:21
Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub

Azərbaycanın biznes imkanları və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərin bərpası Avstriyada təqdim olunub.

"Report" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Təqdimat Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş "Invest in Azerbaijan" adlı tədbirdə baş tutub.

"Invest in Azerbaijan" tədbiri İqtisadiyyat Nazirliyi, AZPROMO, Azərbaycan-Avstriya Ticarət Palatası, Avstriya Ticarət Palatası (WKO) və Avstriya Sənaye Palatasının dəstəyi, Azərbaycanın Polşada fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatı və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycan-Avstriyanın Ticarət Palatasının Prezidenti Cerald Gestbayer Azərbaycan-Avstriya xarici ticarət əlaqələri və perspektivli əməkdaşlıq istiqamətləri haqqında danışıblar.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi və ticarət nümayəndəsinin Aparatının əməkdaşı tərəfindən Azərbaycanın biznes imkanları və investisiya mühiti, sənaye parkları və aqroparklar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizin tranzit və logistika potensialı, www.invest.gov.az veb-səhifəsi barədə təqdimatlar təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Avstriyanın tikinti, müxtəlif maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və kimya sənayesi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi