Azərbaycanın içki istehsalçısı nizamnamə kapitalını kəskin azaldır

Biznes
  • 14 noyabr, 2023
  • 06:56
Azərbaycanın içki istehsalçısı nizamnamə kapitalını kəskin azaldır

“Azgranata” MMC nizamnamə kapitalını 14,978 milyon manat və yaxud 41 % azaldaraq 36,561 milyon manatdan 21,583 milyon manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, “Azgranata” 2011-ci ildə fəaliyyətə başlayıb. Şirkət Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın ən böyük spirtli və spirtsiz içki istehsalçılarından biridir.