Azərbaycanın Həştərxandan fevralda balıq idxalının həcmi açıqlanıb
- 27 fevral, 2023
- 09:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il fevralın 19-dan 25-dək Rusiyanın Həştərxan vilayətindən Azərbaycan və Serbiyaya 39,7 ton balıq məhsulu ixrac edilib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, "Rosselxoznadzor"un Rostov, Volqoqrad və Həştərxan vilayətləri və Kalmıkiya Respublikası üzrə İdarəsi 3 partiyada ixrac edilən məhsullara nəzarət edib.
Məhsulların ekspertizası zamanı baytarlıq qanunvericiliyinin pozulması hallarına rast gəlinməyib. Məhsullar idxal edən ölkələrin baytarlıq və sanitar tələblərinə cavab verib. Yüklərə baytarlıq sertifikatları verilib.
Qeyd edək ki, bu ilin əvvəlindən Həştərxan vilayətindən 248 tondan çox balıq və balıq məhsulları ixrac edilib.