Ötən il “Azexport.az” portalına 514 milyon dollarlıq ixrac sifarişləri daxil olub

Ötən il “Azexport.az” portalına 514 milyon dollarlıq ixrac sifarişləri daxil olub Bakı. 23 yanvar. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın 2019-cu ildə ilk sayı Azexport portalının fəaliyyətinə həsr olunub.
Biznes
23 Yanvar , 2019 10:01
Ötən il “Azexport.az” portalına 514 milyon dollarlıq ixrac sifarişləri daxil olub

Bakı. 23 yanvar. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azərbaycan İqtisadi İslahatlar İcmalı”nın 2019-cu ildə ilk sayı "Azexport" portalının fəaliyyətinə həsr olunub.

“Report” icmala istinadən xəbər verir ki, 2018-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri 514 milyon ABŞ dolları təşkil edib. 2017-ci il ilə müqayisədə ötən il “Azexport.az” portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 39 milyon ABŞ dolları (8,2%) artıb.

2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 dekabr tarixinə kimi (24 ay ərzində) “Azexport.az” portalına dünyanın 111 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 989 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, İcmalda portalın fəaliyyət istiqamətləri, yaratdığı imkanlar, inteqrasiya olunduğu platformalar, əməkdaşlıq əlaqələri, sahibkarların savadlılığının artırılması məqsədi ilə təşkil olunmuş təlimlər və region turları çərçivəsində keçirilən çoxsaylı görüşlər barədə məlumatlar yer alıb. Həmçinin, portalın məlumat bazasının strukturu, zənginliyi və istifadəyə rahatlılığı əyani nümayiş olunub. Azexport portalı vasitəsilə yerli məhsullara daxil olmuş xarici sifarişlərin dəyərinin ötən illə müqayisədə artan tempini göstərən statistik məlumatlar, bu sifarişlərin daxil olduğu ölkələrin sayı və ən çox sifariş almış top 10 məhsulun siyahısı oxuculara infoqrafik təsvirlərlə təqdim olunub.

Bundan başqa, Azexport portalının tərkib hissəsi olaraq, fəaliyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı və bu qovşaq vasitəsilə onlayn şəkildə təqdim edilən Onlayn Vahid İxrac Ərizəsi barədə ümumi məlumatlar və istifadəçilər üçün yaratdığı üstün imkanlar da icmalın cari sayında öz əksini tapıb. Azexport vasitəsilə sahibkarlar üçün böyük ixrac imkanları yaradan və Azərbaycanda bir ilk olan Sərbəst Satış Sertifikatı barədə məlumatlar qeyd olunub, həmçinin, bu sertifikat vasitəsilə Azərbaycan məhsullarının çıxarıldığı yeni bazarlar xəritə üzərində göstərilib. İcmalın son bölməsində isə portaldan istifadə edən və müsbət təsirlərini görən istifadəçi və sahibkarların Portalın onlar üçün yaratdığı imkanlara dair rəyləri yer alıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan "Azexport.az" Azərbaycan mənşəli mallar haqqında məlumat bazası və onların daxili və xarici bazarlarda satışını təmin edən əlverişli və unikal platformadır. Portal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” sərəncamı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi