Azərbaycanın Gürcüstandan tərəvəz idxalının dəyəri kəskin artıb

Biznes
  • 27 mart, 2024
  • 08:58
Azərbaycanın Gürcüstandan tərəvəz idxalının dəyəri kəskin artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 1,1 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-ci ilin eyni dövrünün göstəricisindən 2,6 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstandan xarici ölkələrə 43 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları göndərilib ki, bu da bir il əvvəlki göstəricidən 23 % çoxdur. O cümlədən Gürcüstan Rusiyaya 11,7 milyon ABŞ dolları dəyərində, Ermənistana 6,3 milyon ABŞ dolları dəyərində, Çinə 5,7 milyon ABŞ dolları dəyərində, Almaniyaya 2,7 milyon ABŞ dolları dəyərində, İspaniyaya 2,53 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xarici ölkələrə 265 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları satıb ki, bunun da 3,51 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti