Azərbaycanın Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci 40 % azalıb

Biznes
  • 20 fevral, 2024
  • 09:32
Azərbaycanın Gürcüstandan avtomobil tədarükünə çəkdiyi xərci 40 % azalıb

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 17,5 milyon ABŞ dolları dəyərində 847 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 65 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 112 milyon ABŞ dolları dəyərində 5 min 477 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 7 % çoxdur və 10 % azdır.

Ötən ay Gürcüstandan Qırğızıstana 45,3 milyon ABŞ dolları dəyərində 1 min 317 ədəd, Qazaxıstana 33,94 milyon ABŞ dolları dəyərində 2 min 419 ədəd, Ermənistana 9,4 milyon ABŞ dolları dəyərində 591 ədəd, Tacikistana 2,11 milyon ABŞ dolları dəyərində 120 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 2,13 milyard ABŞ dolları dəyərində 107 min 898 ədəd avtomobil ixrac edib ki, bunun da 437 milyon ABŞ dolları dəyərində 22 min 393 ədədi Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti