Azərbaycanın Gürcüstandan avtomobil idxalı 67 % artıb

Biznes
  • 20 yanvar, 2022
  • 07:34
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 67 % artıb

2021-ci ildə Azərbaycan Gürcüstandan 248,3 milyon ABŞ dolları dəyərində 38 942 ədəd minik avtomobili idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə avtomobillərin sayı 15 594 ədəd və yaxud 66,7 % artıb.

Hesabat ilində Gürcüstandan ümumi dəyəri 456,5 milyon ABŞ dolları olan avtomobil təkrar ixraca yönəldib ki, bunun da 54,4 %-i Azərbaycanın payına düşüb.

44 filmi