Azərbaycanın əsas tədarük bazarından palma yağı idxalı kəskin artıb
- 17 iyun, 2022
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 38,132 milyon ABŞ dolları dəyərində 24 min 219 ton palma yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 90 % çoxdur.
Hesabat dövründə İndoneziyadan 34,699 milyon ABŞ dolları dəyərində 22 min 406 ton, Malayziyadan 3,43 milyon ABŞ dolları dəyərində 1 min 813 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə İndoneziyadan tədarük müvafiq olaraq 2,8 dəfə və 2,1 dəfə artıb, Malayziyadan – 23,4 % artıb və 13,5 % azalıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi 50,56 min ton palma yağının 60,72 %-i İndoneziyanın, 38,7 %-i Malayziyanın payına düşüb.