Azərbaycanın əsas tədarük bazarından kişmiş idxalı kəskin artıb
- 05 iyul, 2022
- 13:19
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 2,771 milyon ABŞ dolları dəyərində 1 min 341 ton qurudulmuş üzüm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4 % çoxdur, kəmiyyət olaraq – 8,1 % azdır.
Hesabat dövründə Özbəkistandan 2,614 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 97,7 % artıb) 1 min 245 ton (+2 dəfə), İrandan 135,69 min ABŞ dolları dəyərində (-90 %) 84,8 ton (-89,7 %), Türkiyədən 21,39 min ABŞ dolları dəyərində (-18,1 %) 11,06 ton (-11,2 %), Almaniyadan 0,09 min ABŞ dolları dəyərində (+12,5 %) 0,01 ton (dəyişməyib) məhsul alınıb.
Qeyd edək ki, ötən il ölkəyə xaricdən (6 ölkədən) gətirilən 4,4 min ton qurudulmuş üzümün 54,8 %-i Özbəkistanın, 43,8 %-i İranın payına düşüb.