Azərbaycanın əsas tədarük bazarından çadır idxalı 2 000 dəfədən çox azalıb

Biznes
  • 09 iyul, 2022
  • 11:27
Azərbaycanın əsas tədarük bazarından çadır idxalı 2 000 dəfədən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 385,1 min ABŞ dolları dəyərində 57,69 ton çadır gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 47,4 %, kəmiyyət olaraq – 63,7 % azdır.

Hesabat dövründə Çindən 258,67 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,6 dəfə artıb) 39,95 ton (+21,2 %), Türkiyədən 91,54 min ABŞ dolları dəyərində (-11,5 %) 15,5 ton (-49,7 %), İrandan 4,23 min ABŞ dolları dəyərində (+32,2 %) 2,19 ton (+37,7 %), Rusiyadan 3,48 min ABŞ dolları dəyərində (-108 dəfə) 0,03 ton (-2 267 dəfə), Bolqarıstandan 0,07 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (11 ölkədən) gətirilən 413 ton çadırın 49,4 %-i Rusiyanın, 24,9 %-i Çinin, 17,4 %-i Türkiyənin payına düşüb.

44 filmi