Azərbaycanın əsas tədarük bazarından bijuteriya idxalının dəyəri 3,3 dəfə artıb
- 06 aprel, 2023
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycana 367,21 min ABŞ dolları dəyərində 9 min 634 kiloqram bijuteriya idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 13,1 % çoxdur.
Hesabat dövründə Çindən 249 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 7 min 131 kiloqram (+10 %), Tailanddan 50 min ABŞ dolları dəyərində (+52 %) 7,2 kiloqram (-88 %), Türkiyədən 33,3 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 2 min 434 kiloqram (+37,4 %), İtaliyadan 17,63 min ABŞ dolları dəyərində (-31 %) 12,54 kiloqram (-15 %), Vyetnamdan 14 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1,92 kiloqram (-77,6 %) məhsul gətirilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana idxal edilən (41 ölkədən) 2,1 milyon ABŞ dolları dəyərində bijuteriyanın 53 %-i Çinin payına düşüb.