Azərbaycanın əsas tədarük bazarı olan Ukraynadan martda qoz idxalı 5 dəfə azalıb
- 16 may, 2022
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin birinci rübündə Azərbaycan xaricdən 4,66 milyon ABŞ dolları dəyərində 1 min 751 ton qoz (qabıqlı və qabığı təmizlənmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 %, kəmiyyət olaraq – 4,9 % azdır.
Hesabat dövründə Ukraynadan 2,57 milyon ABŞ dolları dəyərində 621,55 ton, Rusiyadan 1,16 milyon ABŞ dolları dəyərində 886,99 ton, Qırğızıstandan 406,1 min ABŞ dolları dəyərində 84,6 ton, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 327,68 min ABŞ dolları dəyərində 100 ton, Çindən 119,2 min ABŞ dolları dəyərində 41,18 ton məhsul gətirilib.
Ötən ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 35 % və 59,7 % azalıb, Rusiyadan – 14,7 dəfə və 14,5 dəfə artıb, ABŞ-dan – 57,7 % və 70 % azalıb, Çindən – 30 % və 34 % artıb. 2021-ci ilin ilk üç ayında Qırğızıstandan tədarük olmayıb.
Qeyd edək ki, ötən il ixrac etdiyimiz 4,38 min ton qozun 64 %-i Ukraynanın, 21 %-i Rusiyanın payına düşüb. Bu ilin martında Azərbaycan Ukraynadan 81,9 ton, Rusiyadan 322,5 ton qoz alıb. Əvvəlki ayla müqayisədə martda bu ölkələrdən tədarük müvafiq olaraq 5 dəfə azalıb və 13,2 % artıb.