Azərbaycanın əsas tədarük bazarı olan Ukraynadan gil idxalı 35 dəfə azalıb
- 17 may, 2022
- 06:06
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin birinci rübündə Azərbaycana xaricdən 11,91 min ABŞ dolları dəyərində 56,9 ton odadavamlı gil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 14 dəfə, kəmiyyət olaraq – 25 dəfə azalıb.
Hesabat dövründə Ukraynadan 9,17 min ABŞ dolları dəyərində 40 ton, İrandan 1,7 min ABŞ dolları dəyərində 10 ton, Rusiyadan 1,04 min ABŞ dolları dəyərində 6,9 ton məhsul alıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 18 dəfə və 35 dəfə azalıb, Rusiyadan 82,5 % və 4,1 dəfə artıb. Ötən ilin ilk üç ayı ərzində İrandan idxal olmayıb.
Qeyd edək ki, ötən il xaricdən aldığımız 16 min 618 ton odadavamlı gilin 97 %-i Ukraynanın payına düşüb. Əvvəlki iki aydan fərqli olaraq bu ilin martında Azərbaycan ümumiyyətlə həmin ölkədən odadavamlı gil tədarük etməyib.