Azərbaycanın ən böyük ixracatçıları açıqlanıb

Azərbaycanın ən böyük ixracatçıları açıqlanıb Bu ilin yanvar-may aylarında Azərbaycandan həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Biznes
1 İyul , 2021 10:58
Azərbaycanın ən böyük ixracatçıları açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nda bildirilir.

Sənədə əsasən, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Metal Trader LTD" MMC, "Local Garden" və “Fruit city Group” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “SOCAR Polymer” MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azəripək" MMC, "Caspian Geo" MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC.

Son xəbərlər

Orphus sistemi