Azərbaycanın çörək istehsalçısı səhmdarlarına hesabat verəcək

Azərbaycanın çörək istehsalçısı səhmdarlarına hesabat verəcək Söhbət “Bakıxanov-Çörək” АSC-dən gedir
Biznes
25 Aprel , 2017 09:00
Azərbaycanın çörək istehsalçısı səhmdarlarına hesabat verəcək

Bakı. 25 aprel. REPORT.AZ/ İyunun 9-da, saat 11:00-da “Bakıxanov-Çörək” АSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 37A ünvanınd olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin illik hesabatının təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Bakıxanov-Çörək” АSC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1272780 manatdır. 

Son xəbərlər

Orphus sistemi