Azərbaycanın Çində daha bir "Ticarət Evi” açılıb

Azərbaycanın Çində daha bir "Ticarət Evi” açılıb “Azərbaycan Ticarət Evi” Çinin Çindao şəhərində açılıb
Biznes
26 Aprel , 2021 15:23
Azərbaycanın Çində daha bir Ticarət Evi” açılıb

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanın Çindəki səfirliyində Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə bu ölkənin Çindao şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Bununla əlaqədar keçirilmiş tədbirdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çin tərəfdən isə Çindao Şəhər Hökümətinin Daimi Komitəsinin üzvü Lyu Ciəncün iştirak ediblər. Çindao şəhərində yerləşən Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayişi Zonasında 245 kvadrat metr sahədə yerləşən “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan 45 növ məhsul nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.

Bu Azərbaycanın Çində açılan 3-cü “Azərbaycan Ticarət Evi”dir.

Son xəbərlər

Orphus sistemi