Azərbaycanın Cənub-Şərqi Anadoludan mal idxalının dəyəri 16 % artıb

Biznes
  • 09 avqust, 2025
  • 15:25
Azərbaycanın Cənub-Şərqi Anadoludan mal idxalının dəyəri 16 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 51,018 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 16 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə 6 milyard 756,810 milyon ABŞ dollarlıq məhsul ixrac edilib ki, bu da illik müqayisədə 3,7 % çoxdur.

7 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük ixrac Yaxın Şərq ölkələrinə (2 milyard 601,613 milyon ABŞ dolları; 1 % az) həyata keçirilib. Onu Afrika ölkələri (1 milyard 139,987 milyon ABŞ dolları; 25 % çox) və Avropa İttifaqı ölkələri (1 113,213 milyon ABŞ dolları; 5 % çox) izləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti