Azərbaycanın avtomobil istehsalçısı təşkilati-hüquqi formasını dəyişir

Azərbaycanın avtomobil istehsalçısı təşkilati-hüquqi formasını dəyişir Bakı. 8 noyabr. REPORT.AZ/ Neftçala Sənaye Məhəlləsində “Iran Khodro” şirkəti ilə birgə avtomobil zavodu inşa edən “Azərmaş” MMC təşkilatı-hüquqi formasını dəyişir.
Biznes
8 Noyabr , 2017 10:25
Azərbaycanın avtomobil istehsalçısı təşkilati-hüquqi formasını dəyişir

Bakı. 8 noyabr. REPORT.AZ/ Neftçala Sənaye Məhəlləsində “Iran Khodro” şirkəti ilə birgə avtomobil zavodu inşa edən “Azərmaş” MMC təşkilatı-hüquqi formasını dəyişir.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, şirkət bundan sonra QSC formasında fəaliyyət göstərəcək.

Bununla əlaqədar, “Azərmaş”ın nizamnamə kapitalı 200 dəfə artırılaraq 2 min manata çatdırılacaq. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 1 000 ədəd səhm hesabına formalaşacaq.

Xatırladaq ki, “Azərmaş” bu il fevralın 23-də yaradılıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 21, qanuni təmsilçisi isə Rüfət Abdul oğlu İsmayılovdur. 

Son xəbərlər

Orphus sistemi