Azərbaycanın aqroparklarında İspaniyanın təcrübəsi tətbiq ediləcək

Azərbaycanın aqroparklarında İspaniyanın təcrübəsi tətbiq ediləcək İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZA) İspaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış “PSB Production Vegetal” şirkətinin fəaliyyəti ilə tanış olub.
Biznes
1 İyun , 2022 16:30
Azərbaycanın aqroparklarında İspaniyanın təcrübəsi tətbiq ediləcək

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZA) İspaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış “PSB Production Vegetal” şirkətinin fəaliyyəti ilə tanış olub.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, şirkətə məxsus tez yetişən, məhsuldarlığı yüksək olan və daha çox gəlir gətirən nektarin, şaftalı və ərik sortlarının ölkəmizdə fəaliyyət göstərən aqroparklarda, xüsusən də “Yevlax Pilot Aqropak”da əkilməsi nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsində İspaniyadan olan mütəxəssislərin təcrübəsindən istifadə edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi