Azərbaycanın aparıcı tikinti şirkətinin xalis mənfəəti 48 % artıb
- 18 avqust, 2023
- 05:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“Cənubtikintiservis” ASC 2022-ci ili 2,053 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 47,9 % çoxdur.
Ötən il “Cənubtikintiservis”in əməliyyat (satışdan) gəlirləri 4,328 milyon manat (əvvəlki ilə nisbətən 7,1 % çox), satışının maya dəyəri 1,758 milyon manat (9,6 dəfə çox), sair əməliyyat xərcləri 3 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 513 min manat (47,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Cənubtikintiservis”in aktivləri 16,338 milyon manat olub ki, bu da illik müqayisədə 0,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,8 dəfə azalaraq 1,136 milyon manata, balans kapitalı isə 14,6 % artaraq 15,202 milyon manata çatıb.
Xatırladaq ki, “Cənubtikintiservis” 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aparıcı tikinti şirkətlərindən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir.