Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddindədir

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddindədir Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı – “Milk-Pro” MMC 2019-cu ili 362 min manat zərərlə başa vurub
Biznes
15 Fevral , 2021 17:08
Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı müflislik həddindədir

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı – “Milk-Pro” MMC 2019-cu ili 362 min manat zərərlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 56 % çoxdur.

2019-cu ildə “Milk-Pro”nun satışdan gəlirləri 18,888 milyon manat (2018-ci ilə nisbətən 2,8 dəfə çox), satışının maya dəyəri 19,098 milyon manat (2,75 dəfə çox), inzibati xərcləri isə 152 min manat (60,6 % çox) təşkil edib.

2020-ci il yanvarın 1-nə “Milk-Pro”nun aktivləri 23,322 milyon manat olub ki, bu da illik müqayisədə 1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,65 % artaraq 23,421 milyon manata çatıb, 264 min manatlıq balans kapitalı isə 98 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. Kapitalın “mənfi”yə düşməsi kommersiya qurumunun müflislik həddində olmasından xəbər verir.

Son xəbərlər

Orphus sistemi