Azərbaycanın aparıcı pivə istehsalçısının xalis mənfəəti 2 % artıb

Biznes
  • 07 iyul, 2023
  • 06:34
Azərbaycanın aparıcı pivə istehsalçısının xalis mənfəəti 2 % artıb

“Bakı-Pivə” ASC ("Carlsberg Azerbaijan") 2022-ci ili 294 min manat xalis mənfəətlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə təxminən 2 % çoxdur.

Ötən il “Bakı-Pivə”nin əsas əməliyyat gəlirləri 489 min manat (əvvəlki ilə nisbətən eyni), sair əməmliyyat gəlirləri 5 min manat (28,6 % az), əməliyyat xərcləri 130 min manat (6,5% az), mənfəət vergisi ödəmələri 72 min manat (2,9 % çox), təxirə salınmış vergi ödəmələri üzrə gəlirləri isə 1 min manat (21,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı-Pivə”nin aktivləri 3,275 milyon manat olub ki, bu da illik müqayisədə 11,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 58,6 % artaraq 509 min manata, balans kapitalı isə 6,1 % artaraq 2,766 milyon manata çatıb.

Xatırladaq ki, “Bakı-Pivə” 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,471 milyon manatdır.

44 filmi