Azərbaycanın aparıcı pambıqçılıq müəssisəsi yenidən təşkil edilir

Azərbaycanın aparıcı pambıqçılıq müəssisəsi yenidən təşkil edilir Şirkət pambıq yetişdirilməsi, tədarükü və emalı ilə məşğuldur
Biznes
708
30 Mart , 2021 17:17
Azərbaycanın aparıcı pambıqçılıq müəssisəsi yenidən təşkil edilir

“Gilan Holdinq” MMC-yə məxsus, Azərbaycanın aparıcı pambıqçılıq müəssisəsi "MKT İstehsalat Kommersiya" MMC yenidən təşkil edilir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb “Beynəlxalq Ticarət Mərkəzi”, “MKT-Araz Futbol Klubu”, “Leqno-İmişli”, “Leqno-Neftçala”, “İmişli Sənaye İnşaat”, “İnnovasiya Fermer Təsərrüfatı” MMC-lərin ləğv olunaraq "MKT İstehsalat Kommersiya"ya birləşməsidir.

Xatırladaq ki, "MKT İstehsalat Kommersiya" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 128,3 milyon manatdır. Şirkət pambıq yetişdirilməsi, tədarükü və emalı ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi