Azərbaycanın aparıcı holdinqi 3 şirkətini ləğv edir
- 25 yanvar, 2023
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
“Paşa Holdinq” MMC ilə eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış "Vinoteka", "Ecofarm" və "Digital Sharks" MMC-lər ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ("Port Baku" Biznes Mərkəzi) bildirə bilərlər.
Xatırladaq ki, "Vinoteka" və "Ecofarm" 2016-cı ildə, "Digital Sharks" isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. İlk 2 şirkətin nizamnamə kapitalı 1 000 manat, 3-cü şirkətin nizamnamə kapitalı isə 100 manatdır. Şirkətlərin hamısının qanuni təmsilçisi Emil Topçiyevdir, O həm də “Yarat” Müasir incəsənət mərkəzinin direktorudur.