Azərbaycanın aparıcı duz istehsalçısı təşkilati-hüquqi formasını dəyişir

Biznes
  • 15 noyabr, 2024
  • 14:10
Azərbaycanın aparıcı duz istehsalçısı təşkilati-hüquqi formasını dəyişir

“Azərbaycan Duz İstehsalat Birliyi” QSC (Masazır Duz Zavodu) təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, Masazır Duz Zavodu 2010-cu ildə istismara verilib, ölkədə yeganə və ilk duz rafinasiya zavodudur. Xammalı Masazır gölündən təmin olunan zavod ölkəni və regionu yodlaşdırılmış duz ilə tam təmin etmək imkanına malikdir.

44 filmi