Azərbaycanın aparıcı distributor şirkətinin xalis mənfəəti 21 % artıb

Biznes
  • 25 dekabr, 2023
  • 05:47
Azərbaycanın aparıcı distributor şirkətinin xalis mənfəəti 21 % artıb

Azərbaycanın aparıcı distributor şirkəti “Aqro-Vest DC” MMC 2022-ci ili 1,545 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 21,1 % çoxdur.

Ötən il “Aqro-Vest DC”nin vergiyəqədərki mənfəəti 2,023 milyon manat (əvvəlki ilə nisbətən 22,2 % çox), mənfəət vergisi ödəmələri isə 477 min manat (31,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqro-Vest DC”nin aktivləri 53,603 milyon manat olub ki, bu da illik müqayisədə 44,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 50% artaraq 44,606 milyon manata, balans kapitalı isə 20,7 % artaraq 8,997 milyon manata çatıb.

Xatırladaq ki, “Aqro-Vest DC” 2016-cı ildə yaradılıb. Onun nuizamnamə kapitalı 3,512 milyon manatdır. Şirkət bir çox ölkələrdən Azərbaycana gündəlik tələbat məhsullarının daşınmasını (distributor) həyata keçirir.

Son xəbərlər

Bütün Xəbər Lenti