Azərbaycanın 4 balıqçılıq müəssisəsinin səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 05 may, 2017
  • 04:45
Azərbaycanın 4 balıqçılıq müəssisəsinin səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycanın regionlarında yerləşən 4 balıqçılıq müəssisəsi səhmdarlarınma hesabat verəcək.

“Report” xəbər verir ki, bu barədə müəssisələrin Müşahidə Şuralarına istinadən rəsmi mətbuatda məlumat verilib.

Söhbət “Lənkəran Balıq Kombinatı”, “Lənkəran Balıq Konserv”, “Neftçala Balıq Kombinatı” və “Xudat Balıq” ASC-lərdən gedir.

Yığıncaqlar Cəmiyyətlərin yerləşdiyi ünvanlarda – müvafiq olaraq Lənkərar şəhərinin Nərimanabad qəsəbəsində və T.İsmayılov küçəsi, 7 ünvanında, Neftçala rayonunun Şimal-Şərq Bankə qəsəbəsində və Xudat şəhərinin Müqtədir qəsəbəsində olacaq.

Hər 4 yığıncağın gündəliyinə səhmdar cəmiyyətlərin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Lənkəran Balıq Kombinatı” ASC 2003-cü ildə, Lənkəran Balıq Konserv”, “Neftçala Balıq Kombinatı” və “Xudat Balıq” ASC-lər isə 2001-ci ildə yaradılıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 304 776, 127380, 563646 və 38806 manatdır.