Azərbaycanın 3 filiz yatağının işlənməsi ilə bağlı Türkiyə şirkətlərilə müqavilə bağlanılıb

Azərbaycanın 3 filiz yatağının işlənməsi ilə bağlı Türkiyə şirkətlərilə müqavilə bağlanılıb Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.
Biznes
30 Sentyabr , 2021 18:57
Azərbaycanın 3 filiz yatağının işlənməsi ilə bağlı Türkiyə şirkətlərilə müqavilə bağlanılıb

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

"İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi