Azərbaycandan Ukraynaya çəkməli tütün ixracı bərpa edilib
- 13 mart, 2023
- 07:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana xaricdən 72,1 milyon ABŞ dolları dəyərində 4 min 369 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və yaxud olmayan) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 8,5 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.
Türkiyədən 32,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 dəfə çoxdur) 1 min 826 ton (+21 dəfə), Özbəkistandan 17,4 milyon ABŞ dolları dəyərində 765 ton (ilk dəfə tədarük olub), Ukraynadan 16,6 milyon ABŞ dolları dəyərində (-75 %) 1 min 123 ton (-75 %), Polşadan 3,1 milyon ABŞ dolları dəyərində 253,2 ton (ilk dəfə tədarük olub), İordaniyadan 2,1 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 392 ton (+15 dəfə) məhsul idxal edib.
Hesabat dövründə Azərbaycandan 262,4 min ABŞ dolları dəyərində (-27 %) 53 ton (-1,4 %) çəkməli tütün ixrac edilib.
Honkonqa (Çinin xüsusi inzibati rayonu) 143,1 min ABŞ dolları dəyərində (+3 dəfə) 27,3 ton (+3 dəfə), Ukraynaya 109 min ABŞ dolları dəyərində 24,5 ton və Böyük Britaniyaya 10,5 min ABŞ dolları dəyərində (-58 %) 1,1 ton (-56 %) məhsul satılıb.
Beş il 3 aylıq fasilənin ardından Ukraynaya tədarük bərpa edilib.