Azərbaycandan Türkmənistana polipropilen tədarükü bərpa olunub

Biznes
  • 22 dekabr, 2021
  • 12:19
Azərbaycandan Türkmənistana polipropilen tədarükü bərpa olunub

Bu ilin ilk 10 ayı ərzində Azərbaycan 96,410 milyon ABŞ dolları dəyərində 70 min 447,45 ton polipropilen (ilkin formalarda) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 77,1 %, kəmiyyət olaraq – 4,97 % çoxdur. Azərbaycandan bütövlükdə 12 ölkəyə tədarük həyata keçirilib. İki il 2 aylıq aradan sonra Türkmənistana bu məhsulların ixracı bərpa olunub.

2021-ci ilin yanvar-oktyabr aylarında polipropilen ixrac etdiyimiz əsas ölkələr - TOP-5:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Rusiya

42860,5

84,14 %

61860,38

3 dəfə

Türkiyə

14575

-45,58 %

16073,51

-19,22 %

Qazaxıstan

7441,5

19,37 %

10910,43

2 dəfə

Ukrayna

2913,75

-55,54 %

3782,21

-17,53

Gürcüstan

1195,5

25,51 %

1823,25

2,2 dəfə

Hesabat dövründə ölkəmizə 10,961 milyon ABŞ dolları dəyərində 7 min 152,31 ton polipropilen tədarük olunub ki, bu da 2020-ci ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 16,91 % və 37,36 % azdır. Azərbaycan polipropileni 11 ölkədən idxal edib.

2021-ci ilin yanvar-oktyabr aylarında polipropilen idxal etdiyimiz əsas ölkələr – TOP-5:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Koreya

4818

8,76 %

7973,15

57,8 %

Səudiyyə Ərəbistanı

1089

-34,82

1352,39

-24,45 %

İran

948,6

-74,94 %

1147,02

-71,84 %

Rusiya

120

0,63 %

197,58

22,42 %

Türkmənistan

130

-89,39 %

134,55

-92,61 %

Son xəbərlər

Bütün Xəbər Lenti