Azərbaycandan Türkiyəyə polietilen ixracı kəskin artıb

Biznes
  • 10 aprel, 2023
  • 09:45
Azərbaycandan Türkiyəyə polietilen ixracı kəskin artıb

Bu ilin ilk ayında Azərbaycan xaricə 14,895 milyon ABŞ dolları dəyərində 15 min ton polietilen (xüsusi kütləsi 0,94-dən az/0,94 və ya daha çox olan ilkin formalı) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 3,4 % azdır.

Azərbaycandan Rusiyaya 7,894 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % azdır) 6 min ton (-6 %), Türkiyəyə 6,63 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 8 min 472 ton (+3,5 dəfə), Belarusa 225,13 min ABŞ dolları dəyərində 189 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 83,4 min ABŞ dolları dəyərində (-81,4 %) 84 ton (-73,4 %), Özbəkistana 41,74 min ABŞ dolları dəyərində (-72 %) 42 ton (-66,7 %) məhsul göndərilib.

Hesabat dövründə Azərbaycana 5,66 milyon ABŞ dolları dəyərində (+23 %) 4 min 539 ton (+41,3 %) polietilen gətirilib.

İrandan 3,871 milyon ABŞ dolları dəyərində (+22,2 %) 3 min 294 ton (+37 %), Səudiyyə Ərəbistanından 830,33 min ABŞ dolları dəyərində (+72 %) 719,25 ton (+80,2 %), Koreyadan 410,11 min ABŞ dolları dəyərində (+39 %) 142,75 ton (+40 %), Rusiyadan 256,4 min ABŞ dolları dəyərində 228 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 128,1 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 57,13 ton (+2 dəfə) məhsul alınıb.