Azərbaycandan tranzitlə Türkiyəyə narkotikin keçirilməsinin qarşısı alınıb

Azərbaycandan tranzitlə Türkiyəyə narkotikin keçirilməsinin qarşısı alınıb İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə aparılan xurma yükündə metamfetamin aşkar edilib.
Biznes
9 Dekabr , 2022 11:10
Azərbaycandan tranzitlə Türkiyəyə narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə aparılan xurma yükündə metamfetamin aşkar edilib.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub.

Yoxlama zamanı yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi