Azərbaycandan Rusiyaya ixrac edilmiş 19 ton gilasda virus aşkarlanıb
- 05 avqust, 2022
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Çelyabinsk və Kurqan vilayətləri üzrə İdarəsi, bu ilin 7 ayında bölgəyə idxal edilən 540 ton meyvə-tərəvəz 46 yoluxma faktı (virus) aşkarlayıb.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Ermənistan, Çin, Qırğızıstan və İrandan idxal edilmiş 390 ton meyvədə (nektarin, gilas, üzüm, gavalı, alma, kivi və xurma) 31, Azərbaycandan gətirilmiş 19 ton gilasda 1, Özbəkistan, Tacikistan və Qırğızıstandan idxal edilmiş 32 ton meyvədə (alma, şaftalı, nektarin, ərik) 7, Özbəkistandan gətirilmiş 94 ton pomidorda 5, Özbəksindan idxal edilmiş 5 ton pomidorda isə 2 yoluxma halı qeydə alınıb.
Nəticədə 126 ton məhsul fumiqasiya yolu ilə dezinfeksiyaya göndərilib, yalnız əlavə tədqiqat və təhlükəsizlik təsdiqindən sonra satışa buraxılıb. Bundan başqa, 14 ton məhsul ekoloji qanunvericiliyin tələblərinə uyğun olaraq məhv edilib. İnsanlar üçün təhlükə yaratmadığından karantin miqyaslı həşəratlarla yoluxmuş 400 ton məhsul satışa çıxarılıb.