Azərbaycandan Rusiyaya I yarımildə 221 min nəfər səfər edib

Azərbaycandan Rusiyaya I yarımildə 221 min nəfər səfər edib Bu ilin I yarısında Azərbaycandan Rusiyaya ümumilikdə 220,7 min nəfər səfər edib.
Biznes
2 Avqust , 2023 17:17
Azərbaycandan Rusiyaya I yarımildə 221 min nəfər səfər edib

Bu ilin I yarısında Azərbaycandan Rusiyaya ümumilikdə 220,7 min nəfər səfər edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası (ATOR) məlumat yayıb.

Məlumata görə, yanvar-iyun aylarında 7,2 milyon əcnəbi bütün mümkün məqsədlərlə (turizm, şəxsi səfərlər, iş, təhsil, işgüzar məqsədlər və s.) Rusiyaya səfər edib ki, bu da koronavirus (COVID-19) pandemiyasından əvvəlki dövrlə müqayisədə 2 dəfə azdır.

Hesabat dövründə ümumi məqsədlə Rusiyaya ən çox Özbəkistandan (1,7 milyon ziyarət), Qazaxıstandan (1,4 milyon), Tacikistandan (1,1 milyon), Qırğızıstandan (510,900), Abxaziyadan (357,500), Ermənistandan (284,500), Çindən (263,900), Azərbaycandan (220,700), Belarusdan (155,200) və Monqolustandan (125,900) insanlar gəlib.

ATOR nümayəndələrinin fikrincə, bu, turizmin inkişafını deyil, miqrant axınının gücləndiyini göstərə bilər.

Bu ilin yanvar-iyun aylarında Rusiyaya xaricdən turist axını ötən ilin eyni dövrü ilə müqayisədə 100 min səfər və ya 130% artaraq 187,8 minə çatıb.

Eyni dövrdə turizm məqsədi ilə Rusiyaya ən çox Çindən (32,3 min nəfər), Türkiyədən (20,6 min nəfər) və Almaniyadan (12,5 min nəfər) insan gəlib.

Son xəbərlər

Orphus sistemi