Azərbaycandan Rusiyaya 300 tondan çox meyvə-tərəvəzin ixracı məhdudlaşdırılıb
- 05 avqust, 2022
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsi ötən ay 31,3 min ton təzə meyvə-tərəvəzin ölkəyə idxalına nəzarət edib.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, söhbət 16,6 min ton meyvədən (alça, ərik, gilas, alma, armud, şaftalı, nektarin, albalı gavalı, qarpız və s.) və 14,7 min ton tərəvəzdən (pomidor, bibər, kahı, badımcan, yerkökü, sarımsaq və s.) gedir. Həmin məhsullar müvəqqəti saxlama anbarı "Viaduk"da və Dərbənd dəmir yolu stansiyasının çatdırılma yerində yoxlanılıb.
Nəticədə qurum Azərbaycandan gətiriilmiş 183 ton çəyirdəkli meyvənin (alça, gavalı, şaftalı, nektarin), 136 ton təzə bibərin, həmçinin İrandan gətirilmiş 14,7 ton şaftalının, Türkiyədən gətirilmiş 19,5 ton gavalının Rusiyaya idxalına icazə verməyib.